[b]Daha bir olimpiyaçıda dopinq tapıldı[/b]
03.03.2018 - 10:01
[b]Daha bir olimpiyaçıda dopinq tapıldı[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatsa da, dopinq qalmaqalları davam edir. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyada təşkil olunan yarışın daha bir iştirakçısında qadağan olunmuş preparat aşkarlanıb.

 

Yamaykalı bobsleyçi xanımlardan birinin klenbuteroldan istifadə etdiyi müəyyənləşib. Casmin Fenlator Viktorian və Kerri Rasselldən hansının dopinq testdə ilişdiyi açıqlanmır.

 

İdmançının Olimpiada öncəsi hazırlıq prosesində verdiyi analizin A probu klenbuteroldan istifadə faktı üzə çıxıb. 48 saat ərzində B probu yoxlanılacaq və buna uyğun qərar veriləcək.

 

Qeyd edək ki, Pxençxan-2018-də bir neçə idmançıda dopinq aşkarlanmışdı. Onlardan yalnız biri - rusiyalı Aleksandr Kruşelnitski mükafatçılar sırasına düşməyi bacarıb. Bu üzdən kerlinqçinin Anastasiya Brızqalova ilə cütdə əldə etdiyi bürünc medal sahibini dəyişib.

0