8 İyun 11:53 "Dünyanın ən xoşbəxt insanı mənəm" - Oveçkin - VİDEO
DİGƏR NÖVLƏR xəbərləri 8 İyun 11:53
311 baxış

"Dünyanın ən xoşbəxt insanı mənəm" - Oveçkin - VİDEO

NHL-də mövsümü çempion kimi tamamlayan “Vaşinqton Kapitals”ın kapitanı Aleksandr Oveçkin Stenli kubokunu başı üzərinə qaldıran ilk rus kapitan kimi tarixə düşüb.

“İnanılmazdı. Nə deyəcəyimi bilmirəm. Çox xoşbəxtəm. Bəlkə də, indi dünyanın ən xoşbəxt insanı mənəm. Komanda yoldaşlarım, bütün azarkeşlərimiz adına çox sevinirəm. Nə deyə bilərəm ki? Sadəcə, biz bunu bacardıq. Pivənizi götürün və çempionluğu qeyd etməyə başlayın. Biz Stenli kubokunu qazandıq” – deyə Oveçkin sevincini bölüşüb.

NHL-də Aleksandr Moqilni (“Baffalo”), Pavel Bure (“Florida”), Aleksey Yaşin (“Ottava”, “Aylenders”), Aleksey Jamnov (“Çikaqo”), Aleksey Kovalyev (“Monreal”) və İlya Kovalçuk (“Atlanta”) kimi rus xokkeyçilər kapitanlıq etsələr də, onlar heç konfrans finalına belə, çıxa bilməyiblər.

NHL tarixində indiyə kimi sadəcə iki avropalı kapitan Stenli kubokunu qazana bilmişdi: Niklas Lidström (“Detroyt” – 2008) və Zdeno Hara (“Boston” – 2011).

Qeyd edək ki, Stenli kubokunun ən dəyərli oyunçusu seçilən Oveçkin həm də Konn Smayt adına mükafata layiq görülüb.