3 Aprel 13:01 “Formula-1”: DJ Afrojack Bakıya gələcək
DİGƏR NÖVLƏR xəbərləri 3 Aprel 13:01
464 baxış

“Formula-1”: DJ Afrojack Bakıya gələcək

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək daha bir əcnəbinin adı açıqlanıb. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, məşhur DJ Afrojack ölkəmizdə baş tutacaq yürüş üçün paytaxtımıza gələcək.

 

O, aprelin 27-də Böyük Britaniyanın tanınmış qrupu “Jamiroquai”nin axşam konsertinin ardınca səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək. Əvvəlki illərdən fərqli, bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək.

 

“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdu. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidi. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb, sevilməkdədi. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run The World (Girls)”, Madonnanın David Guetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give Me Everything” mahnıları daxildi.

Xəbər lenti