İdmançımız Avropa Oyunlarına lisenziya qazandı
14.06.2018 - 18:42
İdmançımız Avropa Oyunlarına lisenziya qazandı

Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı idmançı bu nailiyyətə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında imza atıb.

 

1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərən Manolika 12-ci yeri tutaraq, lisenziya normasını yerinə yetirib.

 

Kişi kayakçıların yarışında isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 41,922 saniyəyə çataraq, 14-cü yeri tutub. Oyunlara lisenziya verən 200 metr məsafəyə yürüşdə isə 26 yaşlı idmançı yarımfinal səddini adlaya bilməyib.

 

Qeyd edək ki, II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.

 

0