[b]MOK rəsmiləri Çexiyaya yollandılar[/b]
30.10.2017 - 16:47
[b]MOK rəsmiləri Çexiyaya yollandılar[/b]

Sabah Çexiyanın paytaxtı Praqada Milli Olimpiya Komitələrinin Assosiasiyasının XXII Baş Assambleyası öz işinə başlayacaq. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yığıncaqda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcək.

 

Tədbir çərçivəsində qurumun gənclər, beynəlxalq əlaqələr, atletlər və marketinq komissiyalarının iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

 

Assambleyada ilin ən yaxşı kişi və qadın idmançısı da seçiləcək.

 

Qeyd edək ki, tədbirdə növbəti 23-cü Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.

 

0