[b]NHL: "Vaşinqton" seriyanın bitməsinə izin vermədi[/b]
22.05.2018 - 10:28
[b]NHL: "Vaşinqton" seriyanın bitməsinə izin vermədi[/b]

Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Şərq konfransında final seriyasının 6-cı oyunu keçirilib.

 

"Vaşinqton Kepitalz" "Tampa-Bey Laytninq"i qəbul edib. Son iki perioddakı üstün oyunu sayəsində qələbə qazanan ev sahibləri seriyaya tarazlıq gətiriblər - 3:3. Beləliklə, Stenli kuboku uğrunda finalda hansı komandanın mübarizə aparacağına həlledici - 7-ci görüşdə aydınlıq gələcək.

 

NHL

Pley-off

Şərq konfransı, final (6-cı oyun)

"Vaşinqton Kepitalz" - "Tampa-Bey Laytninq" - 3:0

Qollar: Oşi, 35; 59, Smit-Pelli, 50

Seriyada hesab - 3:3

0