[b]NHL: "Vaşinqton" Stenli kubokunun qalibi oldu - VİDEO[/b]
08.06.2018 - 09:47
[b]NHL: "Vaşinqton" Stenli kubokunun qalibi oldu - VİDEO[/b]

Milli Xokkey Liqasında (NHL) mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Stenli kuboku uğrunda final seriyasının 5-ci görüşü oynanılıb.

“Veqas Qolden Nayts” “Vaşinqton Kapitals”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun üçüncü periodunda hesabdakı fərqi qapayıb, önə keçən paytaxt təmsilçisi üstünlüyünü sona qədər qoruya bilib. Beləliklə, 4:3 hesabı ilə qalib gələn “Vaşinqton” seriyanı 4:1 öndə bitirərək, Stenli kubokuna sahib çıxıb.

 

NHL

Stenli kuboku (final, 5-ci oyun)

“Veqas Qolden Nayts” – “Vaşinqton Kapitals” – 3:4

Qollar: Şmidt, 29, Perron, 32, Smit, 39 – Vrana, 26, Oveçkin, 30, Smit-Pelli, 49, Eller, 52

“T-Mobile Arena”

Seriyada hesab – 1:4

 

Qeyd edək ki, bu, “Vaşinqton Kapitals”ın qazandığı ilk Stenli kubokudu.

0