[b]Pxençxan-2018: Azərbaycan təmsilçisi starta çıxmadı[/b]
18.02.2018 - 12:43
[b]Pxençxan-2018: Azərbaycan təmsilçisi starta çıxmadı[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançı Patrik Braxner start xəttinə çıxmayıb. Apasport.az saytının məlumatına görə, “Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini bu gün etməli olsa da, bu, baş tutmayıb.

 

Belə ki, nəhəng slalom yarışları keçirilsə də, Braxner mübarizəyə qoşulmayıb. O, 110 iştirakçı arasında olmayıb.

 

Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.

0