22 Fevral 18:10 Pxençxan-2018: Bir ailədə iki rekordçu
DİGƏR NÖVLƏR xəbərləri 22 Fevral 18:10
368 baxış

Pxençxan-2018: Bir ailədə iki rekordçu

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha bir rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, belaruslu Darya Domraçova qadın biatlonunda ən çox qızıl medal qazanan idmançı adına sahib çıxıb.

 

O, Soçi-2014-də əldə etdiyi üç çempionluğa Pxençxan-2018-də estafet yarışında qazandığı qızılı da qatıb. Bununla da 4 qat olimpiya çempionu olan ilk biatlonçu xanım kimi tarixə düşüb.

 

Qeyd edək ki, Domraçova Qış Olimpiya Oyunlarında ən çox – 8 qızıl medal qazanan iki idmançıdan birinin, norveçli biatlinçu Ule-Eynar Byorndalenin həyat yoldaşıdı. Bir sözlə, biatlonda həm kişi, həm qadınlar arasında rekordçu eyni ailənin üzvləridi.

Xəbər lenti