18 Fevral 16:34 Pxençxan-2018: Bürünc medalçıya dopinq iddiası
DİGƏR NÖVLƏR xəbərləri 18 Fevral 16:34
431 baxış

Pxençxan-2018: Bürünc medalçıya dopinq iddiası

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında kerlinq idman növündə bürünc medal qazanan Aleksandr Kruşelnitski problemlə üzləşib. Apasport.az gazeta.ru saytına istinadən xəbər verir ki, rusiyalı idmançı dopinq-testdən uğurla keçə bilməyib.

 

Məlumata görə, Kruşelnitskinin orqanizmində istifadəsi qadağan olunan maddə tapılıb. Belə ki, onun meldoni preparatından faydalanması ilə iddia ortaya atılıb.

 

İnformasiya rusiyalı şərhçi Dmitri Quberniyev tərəfindən yayılıb. O, sosial şəbəkədə paylaşdığı statusda Kruşelnitskinin dopinq-testdən keçə bilməməsi haqda xəbər eşitdiyini bildirib.

 

Rusiya Kerlinq Federasiyasının rəhbəri Dmitri Svişyov məsələ ilə bağlı verdiyi açıqlamada təəccübləndiyini gizlətməyib. Bununla belə, o, rəsmi informasiyanın hələ olmadığını qeyd edib: "Dəqiq məlumat yoxdu. Hazırda bunu araşdırırıq. Saşa ilə danışdım. O, mənə heç nə qəbul etmədiyini bildirdi. Mən Kruşelnitski və digər idmançılarımıza, həmçinin həkimlərimizə güvənirəm".

 

25 yaşlı idmançının özü də məsələdən xəbərsiz olduğunu deyib.

 

Qeyd edək ki, Aleksandr Kruşelnitski olimpiadanın bürünc medalını Anastasiya Brızqalova ilə birlikdə qazanıb.

Xəbər lenti