[b]Pxençxan-2018-də yeni rekord[/b]
19.02.2018 - 18:11
[b]Pxençxan-2018-də yeni rekord[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında Norveç milli komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Skandinaviya təmsilçisi 27-ci medalını qazanmaqla, rekord müəyyənləşdirib.

 

Hesabında 10 qızıl, 9 gümüş və 8 bürünc medal olan şimallılar indiyədək heç bir Olimpiadada bu qədər mükafat əldə etməmişdi. Norveçlilər ən yaxşı halda, 26 medala sevinmişdi. Bu, Lillehamer-1994 və Soçi-2014-də qeydə alınmışdı.

 

Qeyd edək ki, Qış Oyunlarının mütləq rekordu isə Vankuver-2010-da 37 mükafat əldə edən ABŞ-a məxsusdu.

0