[b]Pxençxan-2018: Rusiya 26 il sonra çempion olsa da...[/b]
25.02.2018 - 13:06
[b]Pxençxan-2018: Rusiya 26 il sonra çempion olsa da...[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının ən maraqla gözlənilən yarışlarından biri kişilər arasında xokkey turnirinin qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “Ağ Olimpiada” öncəsi dopinq qalmaqalı ilə güc itirən, hətta yarışlarda öz bayrağı ilə çıxış etməkdən məhrum edilən və Rusiya Olimpiya Atletiləri adı ilə yarışan Rusiya finalda Almaniya ilə qarşılaşıb.

 

Gərgin mübarizə şəraitində keçən hər iki tərəfin qalib gəlmək üçün şanslarının olduğu oyunda rusiyalılar qələbəyə seviniblər. Şimal qonşularımız rəqibini 4:3 hesabı ilə məğlub edərək tarixində ilk dəfə xokkeydə Olimpiya medallarına sahib olublar.

 

Sonuncu dəfə Müstəqil Dövlətlər Birliyi (MDB) adı ilə Albertvil – 1992-də çempionluq yaşayan ruslar SSRİ zamanında dəfələrlər bu idman növündə olimpiya birincilikləri qazanıb.

 

Maraqlıdır ki, 26 il sonra qazanılan “qızıl” da Rusiyanın yox, Rusiyalı Olimpiya Atletlərinin (ROA) adına yazılacaq.

0