25 Fevral 14:00 Pxençxan – 2018: Soçidəki rekord təkrarlandı
DİGƏR NÖVLƏR xəbərləri 25 Fevral 14:00
383 baxış

Pxençxan – 2018: Soçidəki rekord təkrarlandı

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyada keçirilən 4 illiyin ən böyük qış idman yarışı bir sıra rekordlarla yadda qalıb.

 

Belə ki, “Ağ Olimpiada”da “qızıl” qazanan ölkələrin sayında da rekord təkrarlanıb. Ötən gün finlandiyalı xizəkçi Yivo Niskanen çempion olmaqla ölkəsinin adını ən az bir qızıl medal qazananların siyahısına yazıdırıb. Bununla da Pxençxanda himni səslənən 22-ci ölkə Finlandiya olub.

 

Bu isə Soçi-2014 Olimpiadasında qeydə alınan rekordun təkrarı olub.

 

Qeyd edək ki, turnirin ən çox medal qazanan ölkəsi Norveçdi. Skandinaviyalılar ümumilikdə 39 (14 qızıl, 14 gümüş və 11 bürünc) medalla bütün rəqiblərini qabaqlayıblar. İkinci yeri Almaniya (31 – 14,10, 7), üçüncü yeri isə Kanada (29 – 11, 8, 10) tutub.

Xəbər lenti