[b]"Rolan Qarros": Qadın finalçılar müəyyənləşdi[/b]
08.06.2018 - 10:33
[b]"Rolan Qarros": Qadın finalçılar müəyyənləşdi[/b]

Tennisdə mövsümün ikinci “Böyük dəbilqə” turniri “Rolan Qarros” davam edir. Apasport.az saytının məlumatına görə, qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.

Simona Halep Qarbinye Muqurusa ilə qarşılaşıb. Görüş ərzində öz oyununu ispaniyalı rəqibinə diqtə edən dünya bir nömrəsi 1 saat 34 dəqiqə sonunda set vermədən finala yüksəlib.

Digər yarımfinal qarşılaşması isə amerikalıların dueli ilə əlamətdar olub. Medison Kiz və Sloan Stivens üz-üzə gəliblər. Daha öncə ikili arasında oynanılan matçlarda olduğu kimi, bu səfər də Sloan rəqibindən güclü olub.

 

Rolan Qarros

Qadınlar

Yarımfinal

Simona Halep (Rumıniya) – Qarbinye Muqurusa (İspaniya) – 2:0 (6:1, 6:4)

Medison Kiz (ABŞ) – Sloan Stivens (ABŞ) – 0:2 (4:6, 4:6)

 

Simona Halep və Sloan Stivensin üz-üzə gələcəyi “Rolan Qarros” qadınlar finalının startı sabah Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılır.

Qeyd edək ki, rumıniyalı tennisçi daha öncə “Rolan Qarros”da iki dəfə final oynasa da, hər iki həlledici görüşdən məğlub ayrılıb. Sloan Stivens isə “US Open”in son qalibidi.

0