9 Oktyabr 11:42 Ruslan Lunyov Dünya Kubokunun final mərhələsinə yollanır
DİGƏR NÖVLƏR xəbərləri 9 Oktyabr 11:42
444 baxış

Ruslan Lunyov Dünya Kubokunun final mərhələsinə yollanır

Oktyabrın 23-də Hindistanda güllə atıcılığı üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Yeni Dehlidə 7 gün davam edəcək yarışda Azərbaycan snayperi də hədəf önünə keçəcək.

 

Ölkəmizin idman şərəfini Ruslan Lunyov qoruyacaq. O, 25 m məsafədən atəşaçma yarışlarında dəqiqliyini yoxlayacaq.

 

Final mərhələsinə isə ümumilikdə 45 ölkədən 162 idmançı qatılacaq. 

Xəbər lenti