31 Oktyabr 09:59 Ruslan Lunyova 2 xal çatmadı
DİGƏR NÖVLƏR xəbərləri 31 Oktyabr 09:59
251 baxış

Ruslan Lunyova 2 xal çatmadı

Hindistanın Nyu Dehli şəhərində atıcılıq üzrə Dünya Kubokunun final mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi həlledici mərhələyə yüksələn yeganə snayper Ruslan Lunyov təmsil edib.

 

25 m məsafəyə atəşaçmada hədəf önünə keçən İslamiadanın 5 qat qalibi təsnifat mərhələsində 6-cı olmaqla, final mərhələsinə yüksəlib. Lunyov həlledici atışlarda medalın 1 addımlığında büdrəyib. O, 22 xalla 4-cü yeri tutub. Təmsilçimizi bürünc medaldan cəmi 2 xal ayırıb.

 

 

Xəbər lenti