[b]“Talas yığmamızın yeni legioneridi” – millimizin baş məşqçisi[/b]
16.03.2017 - 11:21
[b]“Talas yığmamızın yeni legioneridi” – millimizin baş məşqçisi[/b]

Bu gün Bakıda kişi və qadın idman gimnastları arasında Dünya Kubokunun mərhələ yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turnirin startı ərəfəsində yığmamızın heyətində dəyişiklik olunub.

 

Belə ki, yekun qərara əsasən kişilərin yarışında Azərbaycan Murad Ağarzayev və Bense Talasla təmsil olunacaq.  

 

Yığmamızın baş məşqçisi Rza Əliyev Olimpiya və dünya çempionlarının qatılacağı Dünya Kubokunda yetirmələrinə inandığını deyib. O, vestnikkavkaza.net saytına bildirib ki, yarışda yeni və mükəmməl bir proqramla çıxış edəcəklər: “Yenilik etməyimizə qaydalarda dəyişiklik edilməsi səbəb oldu. 2017-ci ildən qüvvəyə minən qaydalara uyğun proqram tərtib etdik. Bunun üzərində 2 ay çalışmışıq. Yarışda Azərbaycan 2 gimnastla təmsil olunacaq. Ağarzayev gənclərdən böyüklərə yeni keçib. Qarşıdakı yarış onun debütü olacaq. Bu üzdən bir qədər həyəcanlanır. Bense Talas isə bizim yığmamızın yeni legioneridi. Qarşıdakı turnirə daha təmkinlə hazırlaşır. Ümid edirik ki, onlar bu məsul sınağı uğurla bitirəcəklər”.

 

Qeyd edək ki, qızların yarışında Azərbaycanı Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər. 

0