[b]10 cüdoçumuz Top-20-də[/b]
22.06.2018 - 16:15
[b]10 cüdoçumuz Top-20-də[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğurlu alınıb.

 

Belə ki, Top-20-də 10 təmsilçimiz yer alıb. Onlardan millidə məşqçiliyə başlayan, eyni zamanda karyerasını davam etdirən Elxan Məmmədov cədvəldə irəliləyib. 100 kq çəki dərəcəsində çıxış edən dünya çempionumuz 1 rəqibini qabaqlamaqla, 7-ci yerə yüksəlib.

 

Digər cüdoçularımıza gəlincə, əksəriyyəti mövqelərini qoruyublar. Rüstəm Orucov yenə 2-ci, Hidayət Heydərov (hər ikisi 73 kq) 3-cü, İrina Kindzerska (+78 kq) 6-cı, Elmar Qasımovla (100 kq) Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Orxan Səfərov (60 kq) 18-ci, Zelim Kotsoyev (100 kq) 19-cu və Nicat Şıxəlizadə (66 kq) 20-cidi.

 

Top-20-də yalnız Tural Səfquliyev geri düşüb. O, 14-cü pilləni 15-ə dəyişib.

0