9 Aprel 13:44 27 cüdoçuya 6 medal
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 Aprel 13:44
368 baxış

27 cüdoçuya 6 medal

İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa kuboku yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə cüdoçularımız 6 medal qazanıblar.

 

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) ikinci yeri tutublar. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.

Xəbər lenti