49 klub Sumqayıta toplaşdı
12.06.2018 - 16:41
49 klub Sumqayıta toplaşdı

Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək ölkə birinciliyinin ilk günündə qızlarda bütün çəki dərəcələrində, oğlanlarda isə 60 və 66 kq çəki dərəcələrində mübarizə aparan gənc cüdoçular arasında qaliblərin adlarına aydınlıq gələcək.

 

Azərbaycan birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxacaq.

 

0