6 İyun 11:50 AÇ: Boksçumuz 1/8 finaldan başlayacaq
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 6 İyun 11:50
244 baxış

AÇ: Boksçumuz 1/8 finaldan başlayacaq

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, iyunun 12-dək davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.

 

Ölkəmizi çempionatda Məryəm Cəbrayılova təmsil edir. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançımız 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Avropa çempionatında 32 ölkənin 146 boksçusu mübarizə aparır.