[b]AÇ: Yığmamızın heyəti açıqlandı[/b]
24.04.2018 - 11:02
[b]AÇ: Yığmamızın heyəti açıqlandı[/b]

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. Apasport.az saytının məlumatına görə, Olimpiya Güləş Mərkəzində baş tutan hazırlığın ardından aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək yığmamızın heyəti açıqlanıb.

 

Belə ki, komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Şaban Donat Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.

 

Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və kişi sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Çempionatda ümumilikdə 35 ölkədən 450 idmançının iştirakı gözlənilir.

0