[b]Avropa çempionumuza 30 manata görə 10 il iş istənildi[/b]
29.06.2018 - 13:04
[b]Avropa çempionumuza 30 manata görə 10 il iş istənildi[/b]

Soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Anar İsmayılovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Proses iyulun 10-da davam edəcək. 

 

Qeyd edək ki, 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanan idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, 30 manat pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə ittiham olunur. 

0