[b]Azad Rəhimova çempion kəməri hədiyyə olundu[/b]
02.10.2017 - 12:36
[b]Azad Rəhimova çempion kəməri hədiyyə olundu[/b]

Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə edib. Apasport.az saytının məlumatına görə, bu, Bakıda WBC-nin 55-ci Konvensiyasının açılış mərasimində baş verib.

 

Xüsusi mükafatı Konvensiya zamanı məşhur boksçular Vitali Kliçko və Evander Holifild təqdim ediblər.

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.

 

0