Azərbaycan Avropa çempionatına 37 idmançı ilə gedəcək
05.06.2018 - 12:42
Azərbaycan Avropa çempionatına 37 idmançı ilə gedəcək

İyunun 14-də Qlazqoda usta cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda Azərbaycan da təmsil olunacaq.

 

Ölkəmiz çempionat üçün 37 idmançı sifariş edib. Yarışa ən böyük heyətlə isə Fransa gələcək. Onların 280 veteran idmançısı titul üçün mübarizə aparacaq.

 

Avropa çempionatında 35 ölkənin 1191 cüdoçusu gücünü yoxlayacaq. Onlardan 181-i qadınlardı.

0