9 İyul 21:40 Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 İyul 21:40
1237 baxış

Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı

Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib. Apasport.az saytının məlumatına görə, imtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib.

 

Sınaqdan uğurla keçən Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.

 

Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb. 

 

Beynəlxalq dərəcəli hakimlərdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev son 2 ildə bu dərəcəyə sahib olublar.

Xəbər lenti