13 Oktyabr 22:57 Bakı birinciliyində rekord   - FOTO
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 13 Oktyabr 22:57
678 baxış

Bakı birinciliyində rekord - FOTO

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. Apasport.az Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, ilk dəfə olaraq paytaxt birinciliyində rekord sayda, 567 idmançı mübarizə aparıb.

Bu dəfə çempionatın klublar baxımından coğrafiyası da geniş olub. Azərbaycan Cüdo Federasiyası tərəfindən lisenziya verilən bütün klublar yarışa qatılıb.

Qaliblər Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar, hədiyyələrlə mükafatlandırılıb. Bakı şəhər birinciliyinin mükafatçıları, perspektivli cüdoçular respublika çempionatında iştirak edəcəklər.

 

Xəbər lenti