[b]Boks yığmamız ukraynalıya əmanət![/b]
03.01.2017 - 11:01
[b]Boks yığmamız ukraynalıya əmanət![/b]

Kişi boksçulardan ibarət Azərbaycan millisi ukraynalı Leonid Loivskiyə həvalə edilir. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

 

O bildirib ki, Ukrayna millisi ilə müqaviləsi dekabrın sonunda başa çatan mütəxəssislə danışıqlar yekunlaşmaq üzrədi: “Hələlik rəsmi müqavilə bağlanmayıb. Lakin çox güman ki, yığma Loivskiyə tapşırılacaq. Anlaşma Bakıda imzalanacaq”.

 

Səfərovun sözlərinə görə, yığmamızda kubalı Pedro Roku əvəzləyəcək mütəxəssislə 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasının sonuna kimi razılıq əldə olunacaq.

 

Loivski yanvarın 13-də paytaxtımıza gələcək.

0