[b]Boksçular Azərbaycanın ən güclülərini müəyyənləşdirəcək[/b]
26.03.2018 - 15:26
[b]Boksçular Azərbaycanın ən güclülərini müəyyənləşdirəcək[/b]

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 294 idmançısı qatılıb.

 

2004-2005-ci il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 19 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
 

Final qarşılaşmaları isə martın 31-də olacaq.

0