14 Mart 09:03 Boksçularımız Avropa çempionatına hazırlaşır
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 14 Mart 09:03
372 baxış

Boksçularımız Avropa çempionatına hazırlaşır

Boks üzrə Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları təlim-məşq toplanışını davam etdirirlər. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, millilərimiz martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.

 

Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqlərdə məqsəd 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdı.

 

Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.

Xəbər lenti