[b]Boksçumuz “Strandja” turnirinə qələbə ilə başladı[/b]
20.02.2018 - 10:06
[b]Boksçumuz “Strandja” turnirinə qələbə ilə başladı[/b]

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 69-cu dəfə keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb.

 

Boksçularımızdan Məsud Yusifzadə turnirə qələbə ilə başlayıb. 52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşündə bolqarıstanlı Tinko Banabakovu mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. Yusifzadə fevralın 23-də təşkil olunacaq 1/4 finalda iranlı Reza Suleymanifardla üz-üzə gələcək.

 

Ondan fərqli, Elvin İsayev (64 kq) və Rahil Məmmədlinin (91 kq) debütü uğurlu alınmayıb. Boksçularımız müvafiq olaraq, Luis Rodriques (Braziliya) və Abzal Kuttibekova (Qazaxıstan) məğlub olublar. 

 

Qeyd edək ki, yığmamız 32 ölkədən 300-dən artıq boksçunun qatıldığı turnirə 7 idmançı ilə yollanıb. Təmsilçilərimizdən bu gün daha ikisi mübarizəyə qoşulacaq.

0