[b]“Böyük Dəbilqə”nin püşkatması keçirildi - FOTOSESSİYA[/b]
09.03.2017 - 18:55
[b]“Böyük Dəbilqə”nin püşkatması keçirildi - FOTOSESSİYA[/b]

Bu gün “Hyatt Regency” otelinin Quba zalında ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə" beynəlxalq yarışın püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, baş katib Elmar Babanlı və İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Nazim Hüseynov iştirak ediblər.

 

“Böyük Dəbilqə" yarışı martın 10-12-də keçiriləcək. Açılış mərasimi sabah saat 16:00-da, final görüşləri isə 17:00-da baş tutacaq.

0