[b]Cüdoçumuz Asiya kubokunda medal qazandı[/b]
23.07.2018 - 18:21
[b]Cüdoçumuz Asiya kubokunda medal qazandı[/b]

Çinin Makau şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku yarışı keçirilib. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının saytına istinadən məlumatına görə, yığmamız yarışda bir medal qazanıb.

 

Belə ki, 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Talıbov bürünc medala sahib olub.

 

Qeyd edək ki, 29 ölkədən 125 (80 oğlan, 45 qız) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 3 cüdoçu ilə təmsil olunub.

0