[b]Dünya çempionumuz yenidən zirvədə[/b]
03.10.2017 - 14:10
[b]Dünya çempionumuz yenidən zirvədə[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-prinin yekununa əsasən müəyyənləşən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

 

Belə ki, yarışı 5-ci yerdə bitirən Elxan Məmmədov müəyyən fasilədən sonra yenidən zirvəyə yüksəlib. O, 100 kq çəki dərəcəsində bütün rəqiblərindən öndədi. Dünya çempionumuzla eyni çəkidə mübarizə aparan Elmar Qasımov 1 pillə geriləyərək, 4-cü yerə enib.

 

Komandamızda ən çox irəliləyən isə Mehman Sadıqov olub. 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Qran-pridə 5-ci olmaqla, reytinq xalını 566-ya çatdırıb. Bu, ona mövqeyini 24 pillə yaxşılaşdırmağa imlan verib.

 

Zaqrebdən çempion kimi dönən Rüstəm Orucov (73 kq) yenə 2-cidi. Onunla eyni çəkidə tatamiyə çıxan Hidayət Heydərovun da mövqeyi dəyişməz qalıb – 5. Komandamızın heyətində Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) da yerini qoruyub. Onlar yenə müvafiq olaraq, 12-ci və 8-cidi. Tural Səfquliyev (90 kq) isə irəliləyənlər arasındadı O, 2 rəqibini arxada qoymaqla, 14-cü pilləyə qalxıb.

 

Digər aparıcı cüdoçularımıza gəlincə, Xanım Hüseynova (63 kq) 2, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüfət İsmayılov (81 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 54-cü, 3-cü, 12-ci, 21-ci, 36-cı və 43-cü yerdədilər.  

0