5 Dekabr 09:21 Dünya Oyunlarında daha 1 medal
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 5 Dekabr 09:21
298 baxış

Dünya Oyunlarında daha 1 medal

Dünya Oyunlarında parataekvondo idman növü üzrə yarışlar başa çatıb. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Portuqaliyada təşkil edilən IWAS versiyası üzrə fiziki qüsurlu idmançıların mübarizəsinin son günü qadınlar dayanq üzərinə çıxıblar.

 

Təmsilçilərimizdən Röyalə Fətəliyeva (49 kq, K44) yarımfinalda məğlub olaraq yarışın bürünc medalına sahib olub. Digər parataekvondoçumuz Aynur Məmmədova (+58 kq, K44) isə ilk döyüşündə məğlub olaraq yarışı erkən başa vurub.

 

Beləliklə, Dünya Oyunlarında 12 idmançı ilə təmsil olunan parataekvondo milli yığma komandamız aktivinə bir qızıl, bir gümüş və üç bürünc medal əlavə edib.

 

Baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun yetirmələri komanda hesabında İran və Türkiyə komandasından sonra üçüncü yeri tutublar.

 

Qeyd edək ki, ilk yarış günü Nicat Müslümov 75 kq çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (-75 kq) və +75 yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülmüşdü.

 

Xəbər lenti