[b]İlk “onluq”dakı cüdoçularımızın sayı 7-yə çatdı[/b]
03.05.2017 - 12:51
[b]İlk “onluq”dakı cüdoçularımızın sayı 7-yə çatdı[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may üçün müəyyənləşən siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu alınıb.

 

Belə ki, ilk “onluq”dakı idmançılarımızın sayı 7-yə çatıb. Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq) yenə 1-ci, Nicat Şıxəlizadə (66 kq) ilə Elxan Məmmədov (100 kq) 4-cü pillədə yerlərini qoruduqları halda, 2 təmsilçimiz mövqeyini yaxşılaşdırıb. 2 rəqibini qabaqlayan Hidayət Heydərov (73 kq) 5-ci pilləyə qalxdığı halda, Məmmədəli Mehdiyev (90 kq) “onluğ”a daxil olub. O da 2 pillə irəli gedib.

 

Digər cüdoçularımıza gəlincə, Uşanqi Kokauri (+100 kq) 14-cü (+4) pilləyə yüksəlib. İlqar Müşkiyev (60 kq) Leyla Əliyev (48 kq) və Nəzakət Əzizova (52 kq) isə yerlərində sayıblar. Onlardan birincisi 30-cu, digər ikisi 53-cüdü.

 

Geriləyənlər sırasında isə Rüfət İsmayılov (81 kq), Tərlan Kərimov (66 kq) və Aişə Qurbanlı (48 kq) var. Onlar hazırda 17-ci, 72-ci və 34-cü yerdə qərar tutublar. 

0