11 May 09:04 “Medalsız qalmadığıma görə sevinirəm” - Patimat Abakarova
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 11 May 09:04
359 baxış

“Medalsız qalmadığıma görə sevinirəm” - Patimat Abakarova

"İlk rəqibim olan bolqar idmançısına qalib gəldim. Növbəti döyüşdə isə yerli taekvondoçu Svetlana İqumenovaya qarşı keçirdim”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı taekvondoçu Patimat Abakarova (49 kq) deyib.

 

Olimpiya mükafatçımız Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. O, Azərbaycan Taekvondo Federasiyasının feysbuk səhifəsinə bildirib ki, 1/4 final mərhələsi çərçivəsində İqumenovaya görüşün çətin keçəcəyini düşünsə də, gözlədiyindən asan alınıb: “Düzünü desəm, rəqibim güclü və həm də yerli olduğuna görə qarşılaşmanın ağır keçəcəyini gözləyirdim. Amma onu məğlub etmək heç də çətin olmadı. Lakin yarımfinalda xorvatiyalı idmançıya məğlub oldum. Qızıl medal qazanacağıma inanırdım. Yenə də medalsız qalmadığıma görə sevinirəm. Məni dəstəkləyənlərə öz təşəkkürümü bildirirəm. Yarış hələ davam edir və komanda yoldaşlarıma uğurlar arzulayıram”.

Xəbər lenti

Xəbər lenti