[b]Millimiz Ukraynaya gedir [/b]
14.07.2018 - 15:03
[b]Millimiz Ukraynaya gedir
[/b]

İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 7 gün davam edəcək yarışda yığmamız da qüvvəsini sınayacaq.

 

Azərbaycan millisi Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

 

Qeyd edək ki, yığmamız səfərə bu gün axşam yollanacaq.

 

0