8 Dekabr 18:35 “Qəbələ”nin idmançısı sabiq dünya çempionu ilə döyüşəcək - FOTO
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 8 Dekabr 18:35
393 baxış

“Qəbələ”nin idmançısı sabiq dünya çempionu ilə döyüşəcək - FOTO

“Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. Apasport.az klubun saytına istinadən məlumat verir ki, təmsilçimiz sabah baş tutacaq “Glory 49” turnirində qüvvəsini sınayacaq.

 

Yarımorta çəki dərəcəsində çıxış edən Nəbiyev təşkilatın sabiq çempionu Niki Holtskenlə üz-üzə gələcək. Döyüş Hollandiyanın Rotterdam şəhərində keçiriləcək. 

 

Qeyd edək ki, “Glory” yarışlarında debütü bu ilin oktyabrında gerçəkləşən Alim Lionda təşkil olunan ilk döyüşündə Fransa təmsilçisi Cimmi Vienota qalib gəlmişdi. Holtsken isə “Glory” seriyalı turnirlərdə keçirdiyi 13 döyüşdə 11 qələbə qazanıb, 2 dəfə məğlub olub.

 

 

Xəbər lenti