[b]Reytinq açıqlandı: “Top-30”da 10 cüdoçumuz yer aldı[/b]
21.05.2018 - 10:05
[b]Reytinq açıqlandı: “Top-30”da 10 cüdoçumuz yer aldı[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xallarının hesablanmağa başlanıldığı siyahı Azərbaycan millisinin aparıcı cüdoçuları üçün uğurlu alınıb.

 

Belə ki, Ruslan Maşurenkonun yetirmələrindən Hidayət Heydərov yenə irəliləyib. 73 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz daha 1 rəqibini qabaqlamaqla, 4-cü yerə yüksəlib.

 

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, 11-ci, 18-ci, 2-ci, 14-cü, 9-cu və 17-cidi.

 

Bu idmançılarla müqayisədə Elxan Məmmədov (100 kq) 2, Məmmədəli Mehdiyev 1 pillə geriləyib. Onlar müvafiq olaraq, 8-ci və 12-ci yerə eniblər.

 

Natiq Bağırovun rəhbərlik etdiyi komandada isə cəmi 1 cüdoçu “Top-30”da yer alıb. Bu, milliləşdirilmiş legioner İrina Kindzerskadı. O, +78 kq çəkili idmançılar arasında yenə 6-cıdı.

 

0