[b]Stadnikdən 7-ci çempionluq, Manolova finalda - YENİLƏNİB[/b]
04.05.2018 - 00:01
[b]Stadnikdən 7-ci çempionluq, Manolova finalda - YENİLƏNİB[/b]

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. Yığmamızın üzvləri bu çəki dərəcələrindən 4-də təmsil olunub. Onlardan ikisi sabah medallar uğrunda mübarizəni davam etdirəcək. Elis Manolova qızıl, Alena Kolesnik bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

 

53 kq

Anjela Doroqan mübarizəyə 1/4 finaldan başlayıb. O, ilk görüşdə Mariya Prevoloaraki (Yunanıstan) sınağa çəkib və 4:10 hesabı ilə məğlub olub.

 

57 kq

Alena Kolesnik 1/8 final mərhələsi çərçivəsində türkiyəli Mehlika Öztürklə üz-üzə gəlib. Təmsilçiz rəqibini 6:0 (tuşe) hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, növbəti qarşılaşmasında Qreys Bulleni (Norveç) də asanlıqla məğlub edib - 10:0. Kolesnik yarımfinalda rusiyalı rəqibi İrina Oloqonovaya 2:3 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda mübarizə aparacaq.

 

62 kq

Elmira Qəmbərova da yarışa 1/8 finaldan qatılıb. Belaruslu Veranika İvanova ilə qüvvəsini sınayan güləşçimiz 4:6 hesabı ilə uduzub. 

 

65 kq

Elis Manolova 1/4 final üçün macarıstanlı Qabriella Sleyşlə qarşılaşıb. O, 3:0 hesabı ilə qalib gəlib. Milliləşdirilmiş legioner növbəti gürüşündə də xalçadan üstün ayrılıb. Manolova Adela Hanzliçkova (Çexiya) üzərində 4:1 hesablı qələbə qazanıb. İdmançımız 1/2 finalda isə isveçli Hanna Yohanssonu (İsveç) məğlub edib - 6:1. Elis Manolovanın finaldakı rəqibi Finlandiyanı təmsil edən Petra Olli olacaq.

 

***

 

Bu gün həmçinin 55, 59, 68 və 76 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışıblar. Yığmamız 5 çəki dərəcəsində bir qızıl, 2 bürünc medal üçün mübarizə aparıb. 

 

50 kq

İlk 3 görüşünü asan qələbə ilə bitirən Mariya Stadnik 7-ci Avropa çempionluğunu rəsmiləşdirib. Millimizin lideri rumıniyalı Emiliya Vukla final mübarizəsinin taleyini 32 saniyəyə həll edib və onun kürəyini xalçaya sıxaraq 10:0 hesablı qələbə qazanıb.

 

59 kq

Rəqibi finaladək irəliləyən Tatyana Omelçenko bürünc şansından yararlanıb. O, təsəlliverici görüşdə belaruslu Katerina Yanuşkeviçə 12::2 hesabı ilə qalib gəlib və 3-cü yeri tutub.

 

76 kq

Sabirə Əliyeva medal arzusunu çatmaq üçün ukraynalı İrina Pasiçinyukla mübarizə aparıb. 6:3 hesabı ilə qalib gələn güləşçimiz "bürünc"ə sahib çıxıb.

0