21 Fevral 09:33 “Strandja” turnirində 2 boksçumuz mübarizəni dayandırdı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 21 Fevral 09:33
285 baxış

“Strandja” turnirində 2 boksçumuz mübarizəni dayandırdı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Apasport.az saytının məlumatına görə, 69-cu dəfə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.


Boksçularımızdan Ümid Rüstəmov (56 kq) amerikalı Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançiklə (Qazaxıstan) döyüşdə 1:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq.