[b]Taekvondoçularımız lisenziya xarakterli dünya birinciliyinə yollandı[/b]
04.04.2018 - 09:39
[b]Taekvondoçularımız lisenziya xarakterli dünya birinciliyinə yollandı[/b]

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi dünya birinciliyində iştirak edəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 6-13-də Tunisin Hammamet şəhərində təşkil olunacaq yarış, eyni zamanda, Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

 

Belə ki, aprelin 6-7-də vəsiqələr veriləcəksə, ayın 9-13-də dünya birinciliyinin görüşlərinə start veriləcək. Ölkəmiz lisenziya yarışında 6 taekvondoçu ilə təmsil olunacaq. 120 ölkədən 962 idmançının qatılacağı mübarizədə dayanq üzərinə Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirsetidova (49 kq) və Sahar Karqhar (52 kq) çıxacaq.

 

Bir gün fasilədən sonra startı veriləcək dünya birinciliyində isə ölkəmizi Nihat Abbasov (45 kq), Yaşar Məmmədli, Bəhruz Quluzadə (hər ikisi 48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karqhar (52 kq) təmsil edəcək.

 

Yarışa Ramal Camalov isə hakim kimi qatılacaq.

 

Qeyd edək ki, artıq səfərə yollanan nümayəndə heyətimizə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərlik edir.

0