1 Mart 17:19 Taekvondoçularımız Sofiyada beynəlxalq turnirə qatılacaq
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 1 Mart 17:19
367 baxış

Taekvondoçularımız Sofiyada beynəlxalq turnirə qatılacaq

Martın 3-4-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı turnirdə ölkəmizi gənclərdən ibarət yığmamız təmsil edəcək.

 

Baş məşqçi Məmməd Abdullayev "Sofia Open"də 6 idmançıya şans verəcək. Yarışda dayanq üzərinə Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) çıxacaq.

 

Turnirin qalibi reytinq xallarına 10 xal əlavə edəcək.

Xəbər lenti