12 May 20:38 Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 12 May 20:38
655 baxış

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, idmançımız Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlib.

 

80 kq çəki dərəcəsində çıxış edən Milad polşalı Karol Holudovic və ispan Raul Martinezi məğlubiyyətə uğradıb.

 

Bununla da yarımfinala adlayan 27 yaşlı taekvondoçumuz finala vəsiqə uğrunda rusiyalı Maksim Kramtcov ilə üz-üzə gəlib. Mübarizədən məğlub ayrılan Milad yarışı bürünc medalla başa vurub.

Xəbər lenti

Xəbər lenti