[b]Tovuzda keçirilən cüdo turnirinin qalibləri mükafatlandırıldı[/b]
28.11.2017 - 17:55
[b]Tovuzda keçirilən cüdo turnirinin qalibləri mükafatlandırıldı[/b]

Tovuz rayonunda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü 6 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasnın təşkilatçılığı ilə keçirilən turnirdə İlkin Yusifov (50 kq), Rəşad Abdullayev (55 kq), İsmayıl Zamanov (60 kq), İsmayıl Zamanov (66 kq), İlham Mollayev (73 kq) və İbrahim Kərimov (+73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Ümumi medal sayında UGİM 2 Sumqayıt  komandası 8 medal (3 qızıl, 4 gümüş, 1 bürünc) qazanaraq birinci, Təhsil RİM SF 9 (3 qızıl, 1 gümüş, 5 bürünc) medalla ikinci, TİM Gəncə isə 6 medalla (2 qızıl, 3 gümüş, 4 bürünc) üçüncü olub.  

 

Ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.

 

 

0