[b]Yığma 19 taekvondoçu ilə başlayır[/b]
24.03.2018 - 12:00
[b]Yığma 19 taekvondoçu ilə başlayır[/b]

Taekvondo üzrə Azərbaycan yığmalarının növbəti hazırlığının vaxtı açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandalarımız sabahdan təlim-məşq toplanışına start verəcək.

 

Kişilərin məşqinə 12 idmançı dəvət edilib. Bunlar Məcid Sofiyev (54 kq) Əli Məmmədov, Qaşım Maqomedov (hər ikisi 58 kq), Xanrul Fətullayev (63 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), Səid Quliyev, Əliəskər Əliyev (hər ikisi 74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayevdi (+87 kq).

 

Qadınların hazırlığında isə Nərgiz Mirzəyeva (46 kq), Fatimə Mansur (49 kq), Patimat Abakarova (53 kq), Mahtap Kiyaniçande (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zəhra Kalxoran (+73 kq) çağırılıb.

 

0