18 Sentyabr 18:59 Yığmamız Avropa birinciliyində mübarizəyə başlayır
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 18 Sentyabr 18:59
618 baxış

Yığmamız Avropa birinciliyində mübarizəyə başlayır

Bu gün Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan millisi tam heyətlə mübarizə aparacaq.

 

Ölkəmizi baş məşqçi Vaqif Kazımov və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Əlzamin Səlimov (54 kq), Elşən Cəbizadə (57 kq), Fərid İsmayıllı (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Murad Allahverdiyev (75 kq), Adil Vəliyev (80 kq) və Vüqar Səmədov (+80 kq) təmsil edəcəklər.

 

Qeyd edək ki, birinciliyə 32 ölkədən 260 boksçu qatılacaq. 

Xəbər lenti