[b]Yığmamız Avropa çempionatına yollanır[/b]
06.06.2018 - 14:06
[b]Yığmamız Avropa çempionatına yollanır[/b]

İyunun 10-da Bolqarıstanın Plovdiv şəhərində parataekvondo üzrə Avropa çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycan yığması da qatılacaq.

 

Sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək. Həmyerlilərimizdən İmaməddin Xəlilov (K-44, 61 kq), Nicat Müslümov ( K-43, 75 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Vuqar Adışirinov (K-44, +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) dayanq üzərinə çıxacaq. Plovdiv şəhərinin “Kolodruma” İdman Sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə edəcəklər. 
 

Qeyd edək ki, bu gün səfərə yollanan komandamız iyunun 11-də Vətənə dönəcək.

0