[b]Yığmamız Avropa çempionu oldu[/b]
18.06.2017 - 22:29
[b]Yığmamız Avropa çempionu oldu[/b]

Zaqrebdə veteran cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları da millimiz üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan Azərbaycan millisi bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

 

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

0